Fransa polisi qəddarlaşıb, onlarla etirazçını rezin güllələr və qaz qumbaraları ilə yaralayıb

Fransa polisi qəddarlaşıb, onlarla etirazçını rezin güllələr və qaz qumbaraları ilə yaralayıb

Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı etiraz edən onlarla nümayişçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarının nümayəndəsi, “Soulevements de la Terre” assosiasiyasının fəalı Lena Lazar məlumat verib.
Fransa polisi qəddarlaşıb, onlarla etirazçını rezin güllələr və qaz qumbaraları ilə yaralayıb

“Ağır yaralananlar da daxil olmaqla, onlarla nümayişçi ciddi xəsarət alıb. Onlardan üçünün həyatı təhlükədədir, daha üçü huşsuz vəziyyətdədir. Yaralılardan biri açıq sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib”- deyə, o bildirib.
Fransa polisi qəddarlaşıb, onlarla etirazçını rezin güllələr və qaz qumbaraları ilə yaralayıb

Lazar qeyd edib ki, nümayişçilər polisin istifadə etdiyi rezin güllələr, həmçinin qaz qumbaralarından istifadə etməsi nəticəsində yaralanıb. Onun sözlərinə görə, nümayişin keçirildiyi ərazidə kordonda dayanan və iğtişaşların yatırılmasında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları təcili tibbi yardım maşınlarının keçməsinə imkan verməyiblər ki, bu da bəzi yaralıların vəziyyətini çətinləşdirib.
Fransa polisi qəddarlaşıb, onlarla etirazçını rezin güllələr və qaz qumbaraları ilə yaralayıb

Qeyd edək ki, etiraz keçirilən əraziyə 3 minə yaxın hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
437 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...