44 günlük müharibədə özünü xəstəliyə vuran erməni polkovnik həbs edilib

44 günlük müharibədə özünü xəstəliyə vuran erməni polkovnik həbs edilib
Ermənistanda 44 günlük İkinci Qarabağ müharibəsi zamanı xəstəliyini bəhanə edərək döyüş əməliyyatlarında iştirakdan yayınmış yüksək rütbəli zabit məhkəmənin sanksiyası ilə həbs edilib.

Məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, polkovnik rütbəli hərbçi ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində heç bir səbəb olmadan oktyabrın 10-dan noyabrın 3-dək tibb müəssisəsində stasionar müalicə alıb.
Adı hələlik mətbuata açıqlanmayan hərbçiyə qarşı iki aylıq həbs qəti imkan tədbiri seçilib.

Mənbə: Sputnik Ermənistan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...