"Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması Aİ-nin çağırışlarına ziddir"
"Azərbaycanın Laçın dəhlizi boyunca birtərəfli qaydada nəzarət-buraxılış məntəqəsi yaratması Aİ-nin gərginliyin azaldılması və məsələlərin dialoq yolu ilə həlli çağırışlarına ziddir".
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Tvitter hesabında yazıb.
Borel qeyd edib ki, Aİ Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi ilə məşğul olmağa davam edir:
"Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir".
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
568 dəfə oxundu