Makron: Mən əminəm ki, Ukrayna əks-hücumu diqqətlə hazırlayır

Makron: Mən əminəm ki, Ukrayna əks-hücumu diqqətlə hazırlayır
"Əgər biz Ukraynaya dəstəyimizi azaltsaq və de-fakto olaraq donmuş münaqişəyə gətirib çıxaran atəşkəsi qəbul etsək, zaman Rusiyanın tərəfində olacaq".

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron GLOBSEC-də çıxışında deyib.

"Biz hamımız ilk gündən ukraynalıların cəsarətindən və əldə etdikləri konkret nəticələrdən təsirlənmişik. Eyni zamanda, biz Rusiyanın düşündüyümüzdən daha az nəticələrindən təəccüblənmişik. Bu nəticələr isə Ukraynanın strateji, ağıllı və yaxşı hazırlanmış şəkildə hərəkət etməsi ilə bağlıdır. Mən əminəm ki, Ukrayna tərəfi əks-hücumu diqqətlə hazırlayır ki, indiyə qədər qazandığı müharibədəki üstünlüyü saxlasın.

Bizim Avropa olaraq üzərimizə düşən odur ki, biz dəstəyimizin uzunmüddətli və güclü olacağı barədə açıq mesaj verək. Bu məsələ qlobal nizamın prinsipləri ilə və eyni zamanda, Avropanın təhlükəsizliyinin dayanıqlılığı ilə bağlıdır”, - Makron vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...