Stoltenberq: Biz sülh istəyiriksə, Ukraynaya hərbi dəstəyi təmin etməliyik

Stoltenberq: Biz sülh istəyiriksə, Ukraynaya hərbi dəstəyi təmin etməliyik
"Biz Prezident Putinin və Rusiyanın sülhə hazırlaşması və ya həqiqi müzakirələrə başlaması ilə bağlı hər hansı işarə, siqnal görmürük".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

"Eyni zamanda Ukrayna bu əks-hücumla döyüş meydanında nə qədər çox qazanarsa, bu onun masada əlini daha da gücləndirəcək. Biz hesab edirik ki, Ukrayna qüvvələri uğur qazandıqca Prezident Putin başa düşəcək ki, o, qalib gələ bilməyəcək və nəticədə müzakirə masasına oturacaq. Ancaq bunun necə və nə zaman baş verəcəyini heç kim dəqiqliklə deyə bilməz. Bizim yeganə bildiyimiz odur ki, ədalətli və davamlı sülh istəyiriksə, o zaman Ukraynaya hərbi dəstəyi təmin etməliyik. Bu Ukraynanın öz torpaqlarını azad etməsi və Moskvaya onun bu müharibədə qələbə qazana bilməyəcəyi barədə güclü siqnal göndərməsinin yeganə yoludur", -Yens Stoltenberq vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...