Kadırovun 20 yaşlı qızı Çeçenistanın ali ordeni ilə TƏLTİF EDİLDİ

Kadırovun 20 yaşlı qızı Çeçenistanın ali ordeni ilə
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 20 yaşlı qızı Xutmat babasının şərəfinə təsis edilən respublikanın ali mükafatı “Kadırov” ordeni ilə təltif edilib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın informasiya və mətbuat naziri Əhməd Dudayev teleqram kanalında bildirib.

Dudayevin sözlərinə görə, Xutmat Kadırova ona həvalə olunan istənilən sahədə əla nəticə göstərir.

Qeyd edək ki, Xutmat Kadırova 2023-cü ilin martında Çeçenistanın səhiyyə kuratoru təyin edilib. 2021-ci ilin oktyabrında Kadırovun digər qızı Ayşat 22 yaşında Çeçenistanın mədəniyyət naziri olub.

Kadırovun qardaşı oğlu, 26 yaşlı Həmzət Kadırov isə Respublika Baş nazirinin müavini vəzifəsinə təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...