"Vaqner" Rusiya Müdafiə Nazirliyinə minlərlə hərbi texnika və silah təhvil verdi

"Vaqner" Rusiya Müdafiə Nazirliyinə minlərlə hərbi texnika və silah təhvil verdi
Rusiya Silahlı Qüvvələri (SQ) plana uyğun olaraq, "Vaqner" PMC-nin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırır.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika və silah, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları qəbul ediblər.
Hərbi idarə əlavə edib ki, "Vaqner" PMC yüzlərlə ağır silahı təhvil verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...