Qazaxıstan Türkiyədən 2,5 milyard dollarlıq SİLAH ALIR - FOTO

Qazaxıstan Türkiyədən 2,5 milyard dollarlıq SİLAH ALIR -
Qazaxıstan hökuməti türk şirkətindən 800-dən çox zirehli texnika almaq istəyir.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hökumət Türkiyənin “Otakar” şirkətindən 834 “ARMA” avtomobilinin alınması üçün fərman hazırlayır. Avtomobillərin alınması büdcəyə təxminən 2 trilyon təngəyə (2,5 milyard dollar) başa gələcək.

Qazaxıstan Türkiyədən 2,5 milyard dollarlıq SİLAH ALIR -


Jurnalistlər məlumatı təsdiqləmək üçün Qazaxıstanın “Paramount Engineering” şirkətinin sahibi Aybek Barısova müraciət edib.

“Əgər qərar varsa, o zaman dövlət öz üzərinə öhdəlik götürür. Hansı qərarlar verilsə, dövlət ziyana düşəcək. Almaq istədikləri “ARMA”nın səkkiz təkərli “Barys” arasında qiymət fərqi ən azı 40% təşkil edir”, – Aybek Barısov hesablayıb.

Qeyd edək ki, “Kazakhstan Paramount Engineering” zavodunda Türkiyənin “ARMA” zirehli maşınının analoqu “Barys” transportyoru istehsal edilir. Tərtibatçıların fikrincə, hər iki avtomobil sınaqdan keçirilib və “Barys” Türkiyə avtomobilindən demək olar ki, heç bir şəkildə geri qalmır.

Qazaxıstan Türkiyədən 2,5 milyard dollarlıq SİLAH ALIR -


“Barys”ın 40% ucuz, qiymət fərqinin isə 640 milyard təngə olduğunu nəzərə alsaq, dövlət uduzacaq. Bu vəsaitə nə qədər zavod tikmək olar. Ümid edirəm ki, heç kim belə axmaqlığa yol verməz”, – deyə Aybek Barısov izah edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...