Polşa "Vaqner"ə görə Belarusla sərhədə qoşun yığır
Polşa Müdafiə Nazirliyi “Vaqner” PMC-nin iştirakı ilə orada təlimlər keçirməyi planlaşdırdığına dair xəbərlərə görə, ölkənin qərb hissəsindən qoşunların Belarusla sərhədə yaxın olan şərq hissəsinə yenidən yerləşdirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşa hökumətinin təhlükəsizlik komitəsinin nümayəndəsi Zbiqnev Hofman məlumat yayıb.
"Komitə mümkün təhlükələri, o cümlədən "Vaqner" qrupunun bölmələrinin yerləşdirilməsini təhlil edib. Bununla əlaqədar, müdafiə naziri, komitənin rəhbəri Mariuş Blaşçak hərbi birləşmələrimizi Polşanın qərbindən şərqinə köçürmək qərarına gəlib", - o deyib.
Hoffmanın bildirib ki, bu bölmələrin vəzifəsi potensial təcavüzkarın qarşısını almaqla yanaşı, təlimlər keçirməkdir.
Polşa hökumtəi Belarus ordusu və "Vaqner" PMC-nin birgə təlimlərini "danılmaz təxribat" adlandırıb.
Qeyd edək ki, daha əvvəl Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti respublikanın xüsusi əməliyyat qüvvələrinin "Vaqner" döyüşçüləri ilə birlikdə Polşa sərhədi yaxınlığında yerləşən Brestski poliqonunda bir sıra təlimlər keçirəcəyi ilə bağlı məlumat yayıb.
528 dəfə oxundu