Təşəbbüs Ermənistana aiddir – Türkiyə ilə sərhəddə yeni körpü tikiləcək
“İlk növbədə iqtisadi təhlükəsizliyi təmin etmək, yalnız bundan sonra Türkiyəyə qapıları açmaq lazımdır“.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru Vahe Davtyan deyib.
O vurğulayıb ki, Ermənistan hakimiyyəti Marqara körpüsünün açılması üçün səy göstərir. Lakin bu, Ermənistana, üstəlik ölkə iqtisadiyyatına heç bir fayda verməyəcək.
O qeyd edib ki, yalnız Qars-Gümrü dəmir yolu bərpa olunarsa, bəzi iqtisadi nəticələrdən danışmaq mümkün olacaq.
Davtyan əlavə edib ki, Ankara Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olaraq Qars-İğdır dəmir yolunu inşa edir və bu nəqliyyat qovşağını Zəngəzur dəhlizi ilə tamamlamağı planlaşdırır. Bu baxımdan Qars-Gümrü dəmir yolu tranzit yolu kimi əhəmiyyətini itirir.
Körpünün iqtisadi əhəmiyyətinə gəlincə, Marqara Davtyan qeyd edib ki, bu, həddindən artıq məhdud imkanlara malik infrastrukturdur.
“Bu, birtərəfli körpüdür. Hətta hökumət gələcəkdə yeni körpünün tikilməsi zərurətindən danışır”, – deyə o qeyd edib.
Davtyan körpünün açılmasının siyasi əhəmiyyət daşıdığını və bu təşəbbüsün Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyən Ermənistan hakimiyyətinə aid olduğunu vurğulayıb.
659 dəfə oxundu