"Taliban" musiqi alətlərini müsadirə edərək yandırır

"Taliban" musiqi alətlərini müsadirə edərək yandırır
Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının tərəfdarları ölkənin qərbindəki Herat əyalətində musiqi alətlərini müsadirə edərək yandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Həşt-e Subh” qəzeti məlumat yayıb.

Məlumata görə, alətlər vilayətin müxtəlif yerlərində ələ keçirilib. Yerli rəsmilər sakinlərə xəbərdarlıq edib ki, musiqi dinləmək və ifa etmək qadağandır və bu qaydaya əməl etməyənləri ağır cəza gözləyir.
Nəşrdə yandırılan alətlərin sayı və növləri barədə məlumat verilməyib.
Qeyd edək ki, ABŞ-ın 2021-ci ilin yazında silahlı qüvvələrini oradan çıxarmaq qərarını elan etməsindən sonra Taliban Əfqanıstan üzərində nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də radikallar döyüşsüz Kabilə daxil olublar və sentyabrın 7-də legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...