Ermənistan Rusiyadan imtina etdi, Hindistanı seçdi, ancaq silahsız qaldı

Ermənistan Rusiyadan imtina etdi, Hindistanı seçdi, ancaq silahsız qaldı

Ermənistan Rusiya ilə silah alışı müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb, 500 milyon dollar köçürüb, lakin tədarükü müqavilədə nəzərdə tutulan silahların heç 5 faizini belə almayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti yazıb.

"Nəşrin Ermənistan və Rusiyadakı mənbələrinə əsasən məlum olub ki, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu "NPO Splav SC” arasında müqavilə imzalanıb, ona əsasən Rusiya zavodu Ermənistan üçün lazım olan raketləri istehsal etməli idi.

Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar malları qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. 1 il 3 aydan sonra Ermənistan Müdafiə Nazirliyi malları Ermənistana daşıya bilməyib. Məhsulları götürmək üçün "NPO Splav” ASC-nin zavodu 3 dəfə Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb, bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün olmadığından qısa müddətdə məhsullarının götürülməsini xahiş edib. Bu qədər müraciətdən sonra ER Müdafiə Nazirliyi yükün daşınmasını təşkil etməyib.

Bundan başqa, məlum olub ki, 2020-ci il müharibəsindən sonra Rusiya Federasiyası Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard və 400 milyon dollar dəyərində silah və sursat təklif edib və verməyə hazırdır. 400 milyon dollarlıq müqavilə artıq təsdiqlənmiş olub, müqavilələr imzalanmağa hazır imiş və 1 milyard dollarlıq müqavilələrin iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə sayılı günlər qalırmış. Lakin Ermənistan birdən-birə bu müqavilələrdən əl çəkib və əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayıb, birdən-birə 500 milyon dollar köçürüb, lakin bu məhsulun heç 5%-ni belə almayıb.

"Joxovurd” qəzeti şərh almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edib və onlar sualları yazılı şəkildə göndərməyə çağırıblar”, - mesajda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...