Paşinyan ABŞ və Fransa kəşfiyyatının qoruması altında
Onlar müxalifətin Rusiyadakı koordinatorları ilə bütün təmaslarını diqqətlə izləyir və potensial təhlükə barədə siqnalları Ermənistan hakimiyyətinə ötürürlər
Son günlər Ermənistanın müxalifət düşərgəsində ciddi fikir ayrılıqları yaranıb və müxalifətçilər bir-birini ittiham etməyə başlayıblar. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Müxalifətin yaratdığı Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, onlar bir-birini ittiham edir, ritorikalarını bəyənmirlər. Vazgen Manukyan bitib-tükənməyən yürüşlərlə müxalifətin fəaliyyətini dəyərdən salmaqdansa, konkret addımlar atmağı təklif edib. Amma digərləri məsuliyyəti öz üzərinə götürməkdən qorxaraq qeyd ediblər ki, Paşinyan kürsü uğrunda qan tökməyə hazırdır, lakin bu qan onların üzərində qalacaq. Milli Komitə Avetik Çalabyandan da Paşinyanı tənqid etmədiyinə görə narazıdır və Tevanyanın çıxışında qüsurlar aşkarlayıb”, - məlumatda deyilib.
Qeyd olunur ki, komitə yaradılsa da, müxalifət bəyanatlarda belə razılaşa bilmir və bu, hakimiyyətin əleyhdarlarının mitinqlərinin təxirə salınmasına səbəb olur. Təhlükəsizlik qüvvələrinin rəhbərliyinin təqdim etdiyi statistik məlumatlara görə, müxalifət liderlərinin aydın addımlar atmaması insanlarda narazılıq hissi yaradan etirazçıların fəallığı getdikcə azalır. Məhz buna görədir ki, hakim “Mülki müqavilə”nin bəzi üzvləri bir neçə günlük sükutdan sonra Facebookda status və açıqlamalar səviyyəsində özünü göstərməyə başlayıblar. Etiraz hərəkatının azalması xəbərindən ruhlanan hakim partiyanın deputatları müxalifət liderlərini tənqid edirlər ki, onların təşkil etdiyi mitinq iştirakçıları tez toplaşır, amma eynilə tez evə gedirlər. Bir sözlə, Paşinyan hökuməti əmindir ki, müxalifət bu dəfə də hakimiyyəti ələ keçirə bilməyəcək.
Görünən həm də odur ki, Paşinyanı silahlı qüvvə ilə devirmək və ya fiziki cəhətdən məhv etmək planları hələ reallaşmır. Bəzi məlumatlara görə, Ermənistanın baş nazirinin təhlükəsizliyini ABŞ və Fransanın kəşfiyyat xidmətləri dəstəkləyir, onlar müxalifətin Rusiyadakı koordinatorları ilə bütün təmaslarını diqqətlə izləyir və bundan sonra potensial təhlükə barədə siqnallar alırlar, onları Ermənistan hakimiyyətinə ötürürlər.
Belə ki, bir neçə gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti bir gün əvvəl rəsmi ittiham irəli sürülmüş İrəvanın keçmiş meri Albert Bazeyanı həbs edib. İddia olunur ki, Bazeyan və qrupu Paşinyanı fiziki məhv etməklə ölkədə hakimiyyəti ələ keçirməyə cəhd edib. Bazeyanla yanaşı, onun komandasının 7 üzvü həbs edilib. Bazeyanın vəkili bildirib ki, o, müvəkkilinin Ermənistanın baş nazirinin həyatına sui-qəsd cəhdinin digər təfərrüatlarını bilmir. O, yalnız bildirib ki, müdafiə etdiyi şəxs təqsirini etiraf etmir və özünü ölkədəki gərgin vəziyyətə görə hakimiyyət tərəfindən həbs edilmiş siyasi məhbus hesab edir.
Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”
Deputat Azər Badamov Paşinyanın təhlükəsizlik xidmətinin ciddi şəkildə çalışdığını qeyd etdi: “Ermənistanda Paşinyana qarşı etiraz aksiyaları yavaş-yavaş sönməyə başlayıb. Keçirilən aksiyalarda xalqı inandırıb arxasınca apara biləcək bir lider olmadığından müxalifətin hərəkətlərinin uğursuzluğa düçar olması labüddür. Bu gün İrəvanda aksiyaları təşkil edənlərin əksəriyyəti keçmişdə hakimiyyətdə olmuş və o dövrdə xalqı talamaqla özlərinə sərvətlər yığanlardır. Sadə ermənilər onları sevmir və ona görə də aksiyalara kütləvi qoşulmalar baş vermir. Aksiyalarda iştirak edənlərin sayı kifayət qədər az olduğundan, bu, hakimiyyət üçün böyük bir təhlükə yaratmır. Həm də aksiyalara çağırışların əsas mövzusu Qarabağla bağlı olduğundan sadə ermənilər bu mövzudan artıq yorulublar və sakit yaşamaq istəyirlər. Ağlı başında olan ermənilər Qarabağ məsələsinin bitdiyini başa düşürlər və müxalifətin bu mövzunu gündəmdə saxlamaqda məqsədlərinin kreslo uğrunda mübarizə ilə bağlı olduğunu anlayırlar. Ermənistanda keçirilən rəy sorğularında iştirak edən respondentlərin əksəriyyəti Paşinyanı dəstəklədiklərini bildirir. Bu bir daha Ermənistanda Paşinyanı devirə biləcək bir müxalif qüvvə olmadığını göstərir. Həm də Ermənistanın müxalif düşərgəsində də parçalanma baş verir. Onlar müvəqqəti komitə yaratsalar da, vahid fikir ətrafında cəmləşə bilmirlər. Yəni hərə özünü digərlərindən daha ağıllı hesab edir və bu da müxalifəti parçalanmaya aparır.
Etiraz aksiyaları ilə hakimiyyət çevrilişinə nail ola bilməyəcəklərini başa düşən müxalifət Paşinyanı fiziki olaraq aradan çıxarmaq planları cızır. Məhz belə bir diversiya əməliyyatının İrəvanın keçmiş meri Albert Bazeyanın rəhbərliyi ilə hazırlandığı məlum olub. Ermənistanda Fransanın təhlükəsizlik xidməti fəaliyyət göstərir və Paşinyana qarşı olan sui-qəsdləri vaxtında müəyyən edərək təhlükəsizlik xidməti orqanlarını məlumatlandırır. Nəticədə sui-qəsd də baş tutmur və diversiyanın təşkilatçıları həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
Bu gün Ermənistanda baş verən hadisələr ölkəni məhvə doğru aparmağa davam edir. Paşinyan baş verən proseslərdən nəticə çıxarmalı, xarici dairələrin diktəsinə fikir verməməli və ölkəsinin gələcəyini xilas etmək üçün Azərbaycanla təcilli sülh müqaviləsinin imzalanmasına çalışmalıdır. Əks halda, Ermənistanda sabitlik heç vaxt olmayacaq və ölkə xarici qüvvələrin ayaq altında tapdalanacaq".
Rusiyanın aksiyaçılara qarşı təxribat törətməsi ehtimalı daha böyükdür”-Maraqlı AÇIQLAMA - Editor.az
AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli erməni baş nazir üçün yeganə olan təhlükəni açıqladı: “Paşinyanın son antiterror tədbirləri zamanı susqunluğu və bu məsələdə bir növ neytrallığından sonra İrəvanda etirazların yaşanacağı gözlənilən idi. Ancaq Ermənistan müxalifəti bu dəfə də Paşinyanı devirə bilmədi. İrəvanın mərkəzində təşkil olunmuş mitinqlər adam sayının az olması səbəbindən effektiv olmadı. Düşünürəm ki, artıq Ermənistan cəmiyyəti belə Qarabağ məsələsindən, 30 illik müharibə şəraitindən və eyni zamanda Rusiyadan asılı vəziyyətdə qalmaqdan beziblər. Onlar da artıq bu məsələnin tezliklə yekunlaşmasını istəyirlər. Hazırda Paşinyanın devrilməsi üçün ən çox çalışan Rusiyadır. Çünki Kremldə anlayırlar ki, Paşinyan hakimiyyəti devrilməsə, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması qaçılmaz olacaq. Bu baxımdan, Rusiya əlində olan bütün imkanlardan istifadə edir. Hazırda Paşinyan üçün yeganə təhlükə son günlərdə Qarabağdan İrəvana köç edən ermənilər ola bilər. Paşinyana qəzəbli 50 minə yaxın erməninin İrəvana gəlməsi yeni etiraz dalğasının başlanğıcı ola bilər. Ancaq hesab edirəm ki, Paşinyan bunun da öhdəsindən gələ biləcək. Həmin narazı erməni əhalisini İrəvanda yaxşı şərtlər əsasında qəbul edə bilsə, onlara hər cür, hətta Qarabağdakı vəziyyətlərindən daha yaxşı imkanlar yarada bilsə, bu halda narazı kütlə Paşinyanın ən yaxşı tərəfdarlarına çevrilə bilər. Bu baxımdan, hər şey Paşinyanın öz əlindədir. Doğru və ağıllı siyasi gedişlərlə məsələni öz lehinə döndərə bilər. O ki qaldı Paşinyana qarşı sui-qəsdin olma ehtimalına, bu da Rusiyanın mümkün planlarından biridir.
Çünki Rusiya hakimiyyətinin sui-qəsdlər üzrə yaxşı təcrübəsi var. Son olaraq bunu Putinə qarşı qiyam qaldıran Vaqner qruplaşmasının sabiq lideri Priqojinin timsalında gördük. Bu baxımdan hazırda İrəvanda ABŞ və Fransanın kəşfiyyat xidmətlərinin fəaliyyəti və dəstəyi tam anlaşılandır. Yekun olaraq ehtimal edirəm ki, hər bir halda bizim üçün önəmli olan tez bir zamanda Ermənistanı diktə etdiyimiz şərtlər əsasında sülhə məcbur etməyimizdir. Biz bunu məhz Paşinyanın hakimiyyəti dönəmində etməliyik. Çünki Paşinyan əgər devrilərsə, bölgədə sülh prosesi və bu yöndən əldə olunan irəliləyişlər yenidən dondurulma təhlükəsi ilə üz-üzə qala bilər".
666 dəfə oxundu