İsrail və HƏMAS hərbi cinayətlər törədib - Human Rights Watch

İsrail və HƏMAS hərbi cinayətlər törədib -
Human Rights Watch beynəlxalq insan haqları təşkilatı İsrail və HƏMAS-ı müharibə cinayətlərində ittiham edib.
Bakupost.az xəbər verir ki, bununla bağlı məlumat təşkilatın saytında verilir.
Qeyd edilir ki, Fələstin silahlı qruplaşmalarının mülki şəxslərə qəsdən hücumu, hərbi və mülki obyektlərə fərq qoymadan həyata keçirilən bombardman və mülki əhalinin girov götürülməsi müharibə cinayətlərinə bərabərdir.
Eyni zamanda , Human Rights Watch vurğulayır ki, İsrail hakimiyyətinin Qəzza zolağında elektrik enerjisini kəsməsi və Qəzza zolağının mülki əhalisinə qarşı digər cəza tədbirləri qeyri-qanuni kollektiv cəzaya bərabərdir ki, bu da müharibə cinayətidir:
"Müharibə qanunları, onların müharibəyə girməsinin qanuniliyindən və ya tərəflər arasında güc balansından asılı olmayaraq, münaqişənin bütün tərəflərinə şamil edilir".
Təşkilatın məlumatına görə, İsrail də dəfələrlə hərbni və mülki obyektlərə fərq qoymadan aviazərbələr endirib: Nəticədə onlarla dinc sakin ölüb, bütöv ailələr məhv edilib. Açıq-aşkar hərbi hədəflər olmadan mülki infrastruktur, o cümlədən Qəzzada yaşayış və ticarət obyektlərinin yerləşdiyi hündürmərtəbəli binalar dağıdılı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...