Polşada Rusiyanın sifarişi ilə təxribat törədən 9 nəfər həbs edilib

Polşada Rusiyanın sifarişi ilə təxribat törədən 9 nəfər həbs edilib
Polşada Rusiyanın sifarişi ilə həyata keçirilən təxribatda şübhəli bilinən 9 nəfər həbs edilib.

“Report” xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “TVN24” telekanalının efirində bildirib.

“Hazırda biz Rusiya xüsusi xidmət orqanlarının tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan doqquz şübhəlini həbs etmişik”, - deyə Donald Tusk bildirib.

O qeyd edib ki, söhbət muzdlulardan gedir və bəzən onlar kriminal aləmin nümayəndələri olurlar. Tusk əlavə edib ki, şübhəli şəxslər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...