Rusiya 10 min miqrantı Ukrayna ilə döyüşə göndərdi

Rusiya 10 min miqrantı Ukrayna ilə döyüşə göndərdi
Rusiya vətəndaşlığını almış 10 minə yaxın miqrant xüsusi əməliyyat zonasına göndərilib.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.
Onun sözlərinə görə, Xüsusi Əməliyyat Zonasında artıq 10 minə yaxın miqrant var. Vətəndaşlıq almış 30 mindən çox miqrant isə qeydiyyatdadır.
Bastrıkin əlavə edib ki, bu ilin ilk dörd ayında Moskvaya 1,2 milyondan çox, Sankt-Peterburqa isə 860 min nəfər miqrant gəlib.
İstintaq Komitəsinin rəhbəri qeyd edib ki, miqrantlar Rusiyaya iqtisadi və siyasi səbəblərdən gəlirlər.
Bundan əvvəl Baş Prokurorluq Rusiyaya gələn miqrantların tərkibinin dəyişdiyi barədə məlumat vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...