Donbasda da gərginlik artdı: 3 hərbçi həlak oldu

Donbasda da gərginlik artdı:
İyulun 13-də Donbasda separatçılar Ukrayna hərbçilərinin mövqelərini atəşə tutub.

Axar.az xəbər verir ki, separatçıların atəşkəs rejimini pozması nəticəsində 3 Ukrayna hərbçisi həlak olub, 2 nəfər isə yaralanıb.

Məlumata görə, separatçılar 82 və 120 millimetrlik minaatanlardan, həmçinin müxtəlifçaplı qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan istifadə edib.

Birləşmiş Qüvvələr Əməliyyatının Qərargahından bildirilib ki, həlak olan əsgərlərin təxliyəsi zamanı evakuasiya qrupu pusquya düşüb. Nəticədə hərbi həkim həlak olub, 1 nəfər isə yaralanıb. 2 hərbçinin meyiti hələ də döyüş meydanında qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...