ÜST həyəcan təbili çaldı: Avropada koronavirusla bağlı vəziyyət pisləşır

ÜST həyəcan təbili çaldı:


Avropadakı COVID-19-la bağlı vəziyyət pisləşməyə başlayıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluqqe bu gün keçirdiyi brifinqdə deyib.

“Çox ciddi vəziyyətlə qarşı-qarşıyayıq. Həftəlik yoluxma sayı pandemiyanın Avropada ilk dəfə mart ayında pik həddə çatdığı göstəricini keçib. Avropa ölkələrinin yarısından çoxunda son iki həftədə 10 faiz artım var”, - deyə o bildirib.

H.Kluqqenin sözlərinə görə, xəstəlik ən çox 25 yaşdan 41 yaşadək insanlar arasında qeydə alınıb. Bu baxımdan Kluqqe virusla mübarizə üçün bütün Avropa ölkələrini həmrəyliyə çağırıb və dəstək olaraq, press-konfransa maskada qatılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...