Koronavirusun öldürdüyü jurnalistlər…

Koronavirusun öldürdüyü jurnalistlər…

Dünyanın 1 nömrəli probleimən çevrilən koronavirus müxtəlif peşələrdə çalışan yüzminlə insanın həyatına son qoyub.

Modern.az xəbər verir ki, ölənlər arasında jurnalistlər də var.

“Press emblem campaign” (PEK) qeyri-hökumət təşkilatının hesablamalarına görə, virus martın əvvəllərindən sentyabr ayına qədər 47 ölkədən 366 jurnalistin həyatına son qoyub. Ölənlər arasında Peru (82), Ekvador (40), Hindistan (36) və Banqladeş (31) jurnalisti yer alıb.

PEK-in məlumatına görə, Rusiyada 5, Azərbaycanda isə 4 jurnalist virusun qurbanı olub. Həyatını itirən azərbaycanlı jurnalistlər arasında foto-jurnalist Fərman Bağırov, AZTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir, İTV-nin redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu, AZTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...