Koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Türkiyədə COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib.

Gundeminfo.az xəbər verir ki, bu qaydalara əsasən, virusa yoluxan şəxs ünsiyyətdə olduğu insanlarla bağlı səhv, əskik və ya həqiqətə uyğun olmayan məlumat verəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaq. Həmin şəxsə üç aydan iki ilədək həbs cəzası verilə bilər. Belə ki, ölkənin bəzi bölgələrində COVID-19-a yoluxan şəxslə ünsiyyətdə olan insanların adlarının gizlədilməsi və ya təmasda olmadığı təqdirdə bəzi adların verilməsi halları müşahidə edilib.

Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən yeni sənəd hazırlanaraq ölkənin 81 vilayətinin aidiyyatı qurumlarına göndərilib. /Azərtac



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...