Paşinyan qapalı görüşdə nələri müzakirə edib?

 Paşinyan qapalı görüşdə nələri müzakirə edib?

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvləri, deputatlar və qubernatorlarla qapalı görüşdə prezident idarəetmə formasına keçidi müzakirə edib.

Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumata görə, görüş təxminən bir saat yarım davam edib. Onlar parlamentin idarəetmə modelindən imtina məsələsini müzakirə ediblər, vurğulanıb ki, parlament yeni səviyyədə özünü doğrultmayıb.

Eyni zamanda, Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, konstitusiya maneələri olduğu üçün belə bir keçidi etmək hələ mümkün deyil.

Nəşrin yazdığına görə, iclasda deputatlar “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Sarukyanın həbsi məsələsini də qaldırıblar. Paşinyan isə cavabında narahatlıq doğuracaq halın olmadığını, hər şeyin nəzarət altında olduğunu söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...