Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”

Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”

Prezident Donald Trampın Cənubi Qafqazda bir neçə həftədir davam edən münaqişə barədə susması ABŞ-dakı erməni icmasını narahat edib.

Bu barədə “The Hill”də dərc olunan məqalədə bildirilib.

Məqalədə bir qrup erməni amerikalıların Trampın sükutuna etiraz olaraq Ağ Evin qarşısında toplandığı xatırladılıb və oradakı aksiya iştirakçılarının narazılığı haqqında danışılıb:

“Trampın barışığa çağıran ən azı bir “tweet”i… və bu anda Ermənistanı dəstəkləməkdən belə danışmırıq… Hətta bu belə olmur”, - deyə aksiya iştirakçıları bildirib.

Məqalədə ABŞ prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin möhkəmləndirdiyi vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...