Fransada müsəlman qadınları bıçaqladılar

Fransada müsəlman qadınları bıçaqladılar

Fransanın Paris şəhərində Eyfel Qülləsi yaxınlığında naməlum şəxslər bıçaqla hücum edərək iki müsəlman qadını yaralayıblar.

Bu barədə “Daily Mail”in verdiyi məlumat yayıb.

Ölkədəki vəziyyətin bir məktəb müəlliminin Məhəmməd peyğəmbərin karikaturasına görə öldürülməsindən sonra kəskinləşdiyi qeyd olunur.

Bildirilir ki, ərəb mənşəli iki bacı gəzdikləri zaman aqressiv itlər onlara hücum çəkiblər. Bu zaman bacılar uşaqları çox qorxduqları üçün itlərin sahibinə deyiblər ki, onları geri çəksinlər.

Buna cavab olaraq itlərin sahibləri qadınları təhqir etməyə başlayıblar, sonra bıçaq çıxarıb müsəlman qadınlara hücum ediblər.

Yaralılar xəstəxanaya yerləşdirilib, cinayətkarlar polis tərəfindən saxlanılıblar. Onlar insan öldürməyə cəhddə günahlandırılırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...