Türkiyədə koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edildi

Türkiyədə koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edildi

Türkiyənin 81 vilayətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi qərarda bildirilib.

Yeni məhdudiyyətlərə görə, bazarlar, marketlər, ictimai nəqliyyat, küçə və prospektlər, parklar, alış-veriş mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə nəzarət tədbirləri gücləndiriləcək.

İctimai iaşə müəssisələri, bərbərxanalar, gözəllik salonları, mərasim evləri, idman zalları, internet kafelər, bilyard salonları, əyləncə mərkəzləri, konsert salonları, üzgüçülük hovuzlarının iş vaxtı saat 22:00-dək müəyyən edilib.

Eyni zamanda, bütün özəl sektora uzaqdan iş rejiminə keçmək tövsiyə edilib. Qeyd olunub ki, bu gündən etibarən məhdudiyyətlərə əməl etməyən vətəndaş və müəssisələrlə bağlı ölçü götürüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...