Baydenin alacağı maaş hesablandı

Baydenin alacağı maaş hesablandı

ABŞ-da 46-cı prezident seçkilərində qələbə qazanan Cozef Baydenin alacağı maaş hesablanıb.

“Haber Global” ABŞ mətbuatına istinadla xəbər yayır ki, demokratın aylıq məvacibi 33 min 333 dollar olacaq.

Bu məbləğə əlavə gəlirlərin daxil olmadığı qeyd edilir.

Qanuna əsasən, ABŞ prezidenti ildə 400 min dollar qazanır. Dövlət başçısı hər il ayrıca 50 min dollar xərcləmə müavinəti alır, əgər bu pul xəclənmirsə, qanuni olaraq xəzinəyə qaytarılır.

Bunlardan əlavə, ABŞ başçısı vergi tutulmayan səyahət büdcəsi üçün 100 min dollar və digər əlavə xərclər üçün hər il 19 min dollar alacaq. İstəyəcəyi təqdirdə Ağ Evi yenidən dekor etmək üçün 100 min dollar büdcəsi də var.

Qeyd edilir ki, Barak Obama bu puldan istifadə etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...