Türkiyədə könüllülərə Çinin koronavirus peyvəndi vuruldu

Türkiyədə könüllülərə Çinin koronavirus peyvəndi vuruldu

Türkiyədə Çində hazırlanmış COVID-19 peyvəndinin səhiyyə işçilərindən sonra könüllülərə tətbiqi başlanıb.

“Haber Global” məlumat verir ki, Ankara Şəhər Xəstəxanasında ilk olaraq 50 yaşlı müəllim Ayşəgül Durmaz və 23 yaşlı qızı Gökçə Durmaz peyvənd olunub.

Çinin “Sinovac” peyvəndi ilk növbədə 726 könüllü səhiyyə işçisinə tətbiq edilib.

Keçən həftə ölkənin Səhiyyə Nazirliyinin elanından sonra peyvənd sınaqları üçün könüllü vətəndaş müraciətlərinin qəbulu başlanıb. Bundan sonra 20 min könüllü vətəndaş peyvənd sınaqları üçün müraciət edib.

Xatırladaq ki, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca ölkə vətəndaşlarına sözügedən peyvəndin pulsuz tətbiq olunucağını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...