Tehran yaxınlığında nüvə fizikası üzrə alim qətlə yetirilib

Tehran yaxınlığında nüvə fizikası üzrə alim qətlə yetirilib
İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadə bu gün günorta saatlarında Tehranın şərqindəki Əbsərd şəhərində terror hücumu nəticəsində qətlə yetirilib.

“Report” “Fars”a istinadən xəbər verir ki, alimin olduğu avtomobil partladılıb, sonra isə pulemyot atəşinə tutulub. M.Fəxrizadə və avtomobildə olan daha bir nəfər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin dediyinə görə, partlayışdan sonra iki dəstə naməlum şəxslər avtomobili atəşə tutub, sonra da əks istiqamətlərdə uzaqlaşıblar. Həmçinin hadisə yerində 3-4 nəfərin öldüyü də bildirilir.

Təhlükəsizlik qüvvələrindən də bildiriblər ki, bu qəsdin hədəfində nüvə alimi olub. Bu məsələdə “Mossad”ın əli olduğu güman edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...