Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb

Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb
Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı açıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya sülhməramlılarının tibbi bölməsinin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səhra hospitalının yaradılmasında ilk növbədə məqsəd sülhməramlı kontingentin tibbi təminatını həyata keçirməkdir: “Biz dinc əhaliyə də kömək göstərməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik”.

Y. İvanov qeyd edib ki, hospital reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub: "Bundan başqa, hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...