Haftar azərbaycanlının olduğu gəmini girov götürdü

Haftar azərbaycanlının olduğu gəmini girov götürdü
Liviyanın Misrata şəhərinə dərman daşıyan “Mebruka” adlı yük gəmisi Xəlifə Haftar ordusu tərəfindən ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Haftarın sözçüsü Əhməd əl-Mismari sosial şəbəkə hesabında yazıb.

“Gəmiyə xəbərdarlıq çağırışı etsək də, cavab ala bilmədik. Buna görə də qayıqlarla yaxınlaşıb gəmiyə müdaxilə etdik. Gəmi dərman preparatları ilə dolu idi. Məlum oldu ki, Misrata istiqamətində hərəkət edir. Gəmi icazə verilməyən bölgəyə daxil olduğu üçün saxlanılıb. Axtarışlar zamanı heç bir silah tapılmayıb”, - Mismari bildirib.

Qeyd edək ki, girov götürülən 17 nəfərlik gəmi heyətinin 9-u Türkiyə, 1 Azərbaycan, 7-si Hindistan vətəndaşıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...