“Paşinyandan yalnız bu halda qurtula bilərik” - Manukyan

“Paşinyandan yalnız bu halda qurtula bilərik” -


“Nikol Paşinyanın gedişi qaçılmazdır. Məsələ budur ki, o getməmişdən əvvəl dövlətə və xalqa nə qədər zərər vuracaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Baş naziri, hazırda nəzərdə tutulan müvəqqəti hökumətin rəhbrəliyinə əsas namizəd Vazgen Manukyan bildirib.

Manukyan əlavə edib ki, onun hakimiyyəti seçkiləri şəffaf keçirəcək və xalq öz seçimini edəcək. “Müvəqqəti hökumət 1 il fəaliyyət göstərəcək. İndiki situasiyada erkən seçkilərin keçirilməsi sadəcə absurddur. İndi ölkənin təcili bir sıra problemləri həll etməli olduğu, psixoloji təzyiqlərin olduğu və üstəgəl, Ermənistanı məhv edə biləcək tərəflərin mübarizə apardığı bir vəziyyətdir”, - deyə o vurğulayıb.

Manukyanın sözlərinə görə, 2-3 il ərzində bölgədə dramatik dəyişikliklərlə üzləşəcək. Buna görə də ölkənin gələcək taleyi ilə bağlı müzakirələrə başlanılmalıdır.

O Ermənistan Baş naziri Nikol Paşinyandan qurtulmağın yollarını da göstərib: “Paşinyandan aşağıdakı hallarda qurtula bilərik:

Birincisi, ya özü istefa verəcək, hərçənd bu ehtimalı az inandırıcı hesab edirəm, amma bunu istisna etmirəm.

İkincisi, ictimaiyyət Paşinyanın istefasının zəruriliyi ətrafında birləşib. Paşinyan bunu dərk etməsə də, partiyadaşları vəziyyəti anlayır. Bu baxımdan, onu impiçment tətbiq etməklə postundan uzaqlaşdıra bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...