Suriyada minalanmış ərazilər 2 601 insanın ölümünə səbəb oldu

Suriyada minalanmış ərazilər 2 601 insanın ölümünə səbəb oldu
Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri mina partlaması nəticəsində 2 601 insan həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Suriya İnsan Haqları Şəbəkəsi" (SNHR) beynəlxalq müşahidə missiyasının hesabatında məlumat yer alıb.

Mina basdırılması insan həyatını yarımçıq qoyan əsas mənfi cinayət aktlarından biri kimi qiymətləndirilib. Qeyd olunur ki, minalar 598-i uşaq, 267-si qadın olmaqla,2 601 insanın ölümünə səbəb olub. Ölənlərin böyük qismini mülki əhalinin nümayəndələri təşkil edib. Ən çox mina partlaması Hələbdə qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...