Türkiyə yerli vaksin istehsalı prosesində uğur əldə etdi

Türkiyə yerli vaksin istehsalı prosesində uğur əldə etdi
Türkiyə koronavirus əleyhinə vaksin istehsalında yeni mərhələyə keçməyi bacarıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Erciyes Universitetində başlayan araşdırmalar davam etdirilir. Bu barədə universitetin rektoru Mustafa Çalış məlumat verib.

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən dəstəklənən vaksin araşdırmalarında "Faz-1" mərhələsi uğurla başa çatıb. Sınaqlar heç bir yan təsir nəticəsi göstərməyib. Hazırda "Faz-2" mərhələsinə keçid üçün işlər görülür.

Qeyd edək ki, Türkiyə yerli istehsalla yanaşı, Rusiya, Çin və Qərb ölkələrindən vaksin idxalı ilə bağlı anlaşmalar əldə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...