Nikol Paşinyan əsir mübadiləsi prosesi ilə bağlı açıqlama verib

Nikol Paşinyan əsir mübadiləsi prosesi ilə bağlı açıqlama verib

“Əsirlərin mübadiləsi prosesinə, əsirlərimizin geri qaytarılması prosesinin başlanğıcına yaxınlaşdıq”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bəyan edib. O, əsirlərin rəsmi təsdiqlənmiş qrupunun tezliklə qaytarılmasını gözlədiklərini bildirib: “Planımız belədir: bu mərhələdə adları həm Azərbaycan, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən rəsmi olaraq təsdiqlənən əsirləri geri qaytarmalıyıq”.

O, bundan sonra itkin düşənlərin axtarışına başlanılacağını bildirib: “Ölənlərin cəsədlərinin axtarışı və şəxsiyyəti məlum olmayan cəsədlərin müəyyənləşdirilməsi prosesi də yeni güclə davam etməlidir”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...