“Azərbaycanla İran Xudafərinlə bağlı yekun razılığa gəlib” - Ruhani

“Azərbaycanla İran Xudafərinlə bağlı yekun razılığa gəlib” -


"Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İranın iqtisadi fəaliyyətinə müsbət təsir göstərəcək".

Modern.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani hökumətin bugün keçirilən iclasında çıxış edərkən deyib.

Ruhani qeyd edib ki, Qarabağ müharibəsi nəticəsində Azərbaycan-İran sərhədi işğaldan azad edilib.

"Azərbaycan ərazilərinin azad edilməsinin ilk müsbət nəticəsi, Azərbaycan ilə İran arasında Xudafərin hidroelektrik kompleksi ilə bağlı yekun bir razılığın əldə edilməsidir",-deyə İran prezidenti bildirib.

Ruhani hidroelektrik kompleksinin tezliklə istifadəyə veriləcəyini də əlavə edib: "120 min hektar İran ərazisini su ilə təmin edə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...