Türkiyədə faiz qərarından sonra dollar düşdü

Türkiyədə faiz qərarından sonra dollar düşdü

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) Pul Siyasəti Komitəsi (PPK) 1 həftəlik repo faizini 15 faiz artıraraq 17 faizə qaldırıb.

“Anadolu” agentliyi xəbər verir ki, qərardan əvvəl 7.6128 səviyyəsində olan dollar məzənnəsi TCMB-nin elanı ilə 7.5738-ə enib.

Eyni dəqiqələrdə Türkiyə lirəsinə avronun nisbəti 0,9 faiz, funt sterlinqin nisbəti isə 0,3 faiz azalıb.

“Birja İstanbul”da BIST 100 indeksi qərardan sonra bank səhmlərinin liderliyi altında ciddi şəkildə yüksələrək, 1428.49 xalla rekord səviyyəyə çatıb.

Analitiklər bildirirlər ki, qərar Türkiyə lirəsinə marağı artırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...