Paşinyan özünütəcrid rejiminə keçib

Paşinyan özünütəcrid rejiminə keçib


Ermənistanın Baş naziri Nikol Paşinyan özünütəcrid rejiminə keçib.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.

“Epidemik vəziyyətlə əlaqədar olaraq Baş nazir özünü təcrid edib”, - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, vətəndaşlar N. Paşinyanın paytaxt İrəvan şəhərində dini mərasimdə iştirakının qarşısını almaq üçün kilsənin önünə toplaşıblar, lakin Baş nazir mərasimə qatılmayıb.

Xatırladaq ki, Nikol Paşinyan ötən ilin yazında koronavirusa yoluxduğu üçün Moskvaya səfərini təxirə salmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...