DSX “AN-2”ləri təmir etmək istədi – Saxtakarlıqla qarşılaşdı

DSX “AN-2”ləri təmir etmək istədi –
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqə tender komissiyası tərəfindən ləğv olunub.
Bildirilib ki, tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə olduğu müəyyən edilib.
Məlumat üçün bildirək ki, ləğv edilən tender müsabiqəsi AN-2 tipli təyyarələrin (planerlərin), mühərriklərinin və hava vintlərinin nəzarət-bərpa və təmir-bərpa işləriylə bağlı olub.
Onu da bildirək ki, 44 günlük müharibədən sonra DSX tərəfindən “AN-2” təyyarəsinə abidə qoyulub.
“AN-2” təyyarələri müharibə zamanı Ermənistan ordusunun hava hücumundan müdafiəsini (HHM) aşkar etmək məqsədilə havaya buraxılıb. Ermənilərin HHM sistemi hərəkətə gətirildikdən və təyyarələrə atəş açdıqdan sonra Azərbaycanın pilotsuz uçan aparatları işə başlayaraq düşmənin HHM sistemlərini məhv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...