Azərbaycanda əhalinin neçə faizinin evi var, neçə faizi kirayədə yaşayır? – Rəsmi AÇIQLAMA
Azərbaycanın bir sakininə düşən ümumi yaşayış sahəsi 18,8 kvadrat metrdir.
Savash.org Dövlət Statistika Komitəsinin tədqiqatlarına istinadən xəbər verir ki, əhalinin kənd yerlərində olan mənzillərinin sahəsi şəhərlərlə müqayisədə daha böyükdür. Şəhərlərdə bir nəfərə düşən mənzil sahəsi 16,5 kvadrat metr olduğu halda, kəndlərdə 21,6 kvadrat metrdir.
Araşdırmalar göstərir ki, otaq sayına görə əhali daha çox 3 otaqlı mənzillərdə yaşayır. Əhalinin təxminən 40 faizi 3 otaqlı, 26 faizi 4 otaqlı, 18,3 faizi 2 otaqlı mənzillərdə məskunlaşıb. Beş və daha çox otağı olan mənzillərdə əhalinin 13,3 faizi, 1 otaqlı mənzillərdə 2,4 faizi yaşayır.
Tədqiqatlar nəticəsində üzə çıxıb ki, əhalinin 66,5 faizi fərdi yaşayış evində məskunlaşıb. Çoxmərtəbəli mənzillərdə əhalinin 30 faizi, yataqxanada 1 faizi yaşayır. Qalanları isə digər yaşayış yerlərində məskunlaşa biliblər.
Şəhər və kənd yerlərinin müqayisəsi göstərir ki, fərdi yaşayış evlərində məskunlaşma kənd yerlərində daha yüksəkdir. Kəndlərdə əhalinin 93 faizi fərdi evlərdə yaşayır.
Şəhər yerlərində isə əhalinin 52 faizi çoxmərtəbəli binalarda olan mənzillərdə məskunlaşıblar.
Azərbaycan əhalisinin təxminən 95 faizi öz mənzillərində yaşayır. Dövlətə məxsus mənzillərdə əhalinin 4,2 faizi məskunlaşıb. Əhalinin təxminən 0,6 faizi isə kirayə mənzillərdə qalır.
461 dəfə oxundu