82 ildən sonra Azərbaycanda rekord sayda boşanma... – İllər üzrə statistika
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 19 min 381 nikah və 9 min 40 boşanma halı qeydə alınıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 17,9% (4 min 6 nikah) azalıb, boşanmaların sayı isə 46,7% (2 min 717 boşanma) artıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildən Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.
Rəqəmlərdən də göründüyü kimi, 1992-ci ildə boşananların sayı nikahların sayından 7,3 dəfə az olduğu halada, bu ilin ilk 5 ayında boşananların sayı nikahların sayından cəmi 2,1 dəfə az olub.
1992-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,3 olub. Müstəqillik dövründə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı ən aşağı səviyyəyə 1999-cu ildə düşüb. Həmin il Azərbaycanda nikahların sayı boşanmaların sayından 7,4 dəfə çox olub.
Boşanma və nikahlar arasındakı ən böyük fərq isə 2011-ci ildə qeydə alınıb. Belə ki, 2011-ci ildə Azərbaycanda 88 min 145 nikah, 10 min 747 boşanma olub və nəticədə boşananların sayı nikahların sayından 8,2 dəfə az olub.
Bu ilin ilk 5 ayında boşanmaların sayında qeydə alınan nəticə 1941-cı ildən sonra qeydə alınan ən yüksək nəticə olub. İkinci dünya müharibəsinin başladığı ildə – 1941-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,3 olub.
Ümumiyyətlə, Azərbaycanda boşanmaların ən yüksək olduğu il 1935-ci il olub. 1935-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 4,9 olub. Boşanmalar ən aşağı səviyyəyə 1945-ci ildə düşüb və əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,1 olub. Həmin il ölkədə cəmi 310 boşanma olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:
373 dəfə oxundu