2 müəssisə Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı

2 müəssisə Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə dəstək Mərkəzi Səhiyyə Muxtar Respublikanın Nazirliyinin tabeliyindən çıxarılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə dəstək Mərkəzi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan "Darıdağ Arsenli Su Müalicəxanası” publik hüquqi şəxs statusu ləğv edilərək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...