Azərbaycanda hansı bank bağlana bilər? - ABM sədrindən açıqlama

Azərbaycanda hansı bank bağlana bilər? -
"Hazırda Azərbaycanda ciddi bir problemi olan bank yoxdur. Bankların əsas maliyyə göstəriciləri kifayət qədər normaldır, ciddi risklər yoxdur".

Bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında sədr Taleh Kazımov deyib.

"Bir bankın bağlanması tendensiya deyil. Bizim əsas məqsədimiz maliyyə sabitliyini təmin etmək, iqtisadi artıma töhvə verməkdir.
Maliyyə sabitliyinə xələl gətirəcək maliyyə təşkilatı, bank və ya sığorta şirkəti olarsa onlara əvvəlcə xəbərdarlıq edilir, bu barədə səhmdarlara müraciət edilir. Nöqsanlar aradan qaldırılmadığı halda onun fəaliyyətinə baxmaq olar" - deyə, AMB sədri əlavə edib.//APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...