Eldar Mahmudovun dostunun 2 milyon vergi borcu var

Eldar Mahmudovun dostunun 2 milyon vergi borcu var

Ləğv prosesində olan "AGBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var.

Qaynarinfo xəbər verir ki, bankın bu günə olan vergi borcu 2 465 208.84 AZN-dir.

"AGBank” ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 400 000 AZN olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.

Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışır. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib.

"AGBank”ın sahibinə gəlincə, uzun illər bankın keçmiş deputat Çingiz Əsədullayevə məxsus olduğu bildirilib. Bankın səhmlərinin 33 faizi Əsədullayev və ailəsinə məxsus olub.

Çingiz Əsədullayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla dost olması "AGBank”ın keçmiş MTN şefinin nəzarətində olması barədə mülahizələrə səbəb olub. "MTN işi” zamanı bu mülahizələr demək olar ki, təsdiqini tapıb. Məlum olub ki, Eldar Mahmudov bank əməliyyatlarını "AGBank”la həyata keçirirmiş. Onun Çingiz Əsədullayevlə başqa işbirlikləri barədə də iddialar səsləndirilib.
Ətraflı

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Çingiz Əsədullayevin də həbs ediləcəyi xəbəri yayıldı. Lakin bu gözlənti özünü doğrultmadı.

Yeri gəlmişkən, "MTN işi” zamanı Çingiz Əsədullayev deputat həmkarlarından fərqli olaraq Eldar Mahmudovu "asıb-kəsməyib". Əksinə, onunla dost olduğunu bəyan edib.

"Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu”, deyə o vurğulayıb.

Eldar Mahmudov "arzuolunmaz şəxs" hesab edildikdən sonra Çingiz Əsədullayevin də karyerası da "axsamağa” başladı. 2015-ci ildə keçirilən parlament seçkilərində o, 90 saylı Ağdaş seçki dairəsindən mandat qazansa da, Milli Məclisə seçilmiş deputatların təsdiqlənməsinə bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etdi.

Həmin vaxt bu, Çingiz Əsədullayevin Eldar Mahmudovun adamı olması ilə əlaqələndirilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...