Qubad İbadoğlu barədə qərar dəyişmədi

Qubad İbadoğlu barədə qərar dəyişmədi
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda partiya sədrinin vəkili Zibeydə Sadıqova çıxış edərək müvəkkilinin həbsdə qalması üçün zərurət olmadığını deyib.

Məhkəmə seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığını qeyd edərək təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiilə ittiham olunur.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...