Əhalinin gəlirləri və əmək haqları nə qədər artıb? - DSK və AMB-dan ziddiyyətli GÖSTƏRİCİ
2023-cü ilin 1-ci yarısında Azərbaycan əhalisinin nominal gəlirlərinin müsbət artım dinamikası da istehlak tələbinin artmasını şərtləndirən əsas amil olub.
Bizim.M1edia xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən icmalda qeyd olunur ki, göstərilən dövr ərzində əhalinin pul gəlirləri nominal olaraq 14,7% artaraq 37,9 milyard manat olub.
Adambaşına düşən pul gəlirləri hesabat dövründə 37 milyard 34,8 milyon manat təşkil edib.
Əhalinin sərəncamında qalan gəlirlər də 14,7% artaraq 33,4 milyard manata çatıb.
2023-cü ilin 5 ayı ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nəzərən 11,1% artaraq 916,8 manat təşkil edib.
Mərkəzi Bankın 2023-cü ilin 6 ayı üçün açıqladığı “Statistik Bülleten” hesabatında isə əhalinin nominal gəlirlərinin 37 milyard 871,1 milyon manat təşkil etdiyi qeyd olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisə 4 milyard 911,4 milyon manat və ya 12,97 faiz çoxdur. Ötən il bu dəyər 32 milyard 959,7 milyon manat həcmində olub.
Cari ilin 5 ayı ərzində işləyən əhalinin nominal orta aylıq əmək haqqı isə ötən illə müqayisədə 89,7 manat və ya 9,78 faiz artaraq 916,8 manat təşkil edib.
Hər iki hesabata diqqət yetirsək, aralarında nəzərəçarpan fərqin yarandığını görə bilərik. Bu da əsasən özünü faiz göstəricilərində büruzə verir.
492 dəfə oxundu