Prezidentin general-mayor rütbəsi verdiyi hərbçilər KİMDİR... - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərova və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.
GUNDEMİNFO.AZ oxucuların marağını nəzərə alaraq ali hərbi rütbələr verilən zabitlərin tərcümeyi-halını təqdim edir.
Babək Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır.
Hərbi xidməti Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Vətən Müharibəsinin iştirakçısı kimi Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
O, ötən ay Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı təyin edilib. Hərbçimiz ailəlidir, 3 övladı var.
DSX-nin Əməliyyat Axtarış Baş İdarəsinin rəisi Zaur Zeynalov da Vətən müharibəsi iştirakçısıdır. O, 2014-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə, 2020-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
466 dəfə oxundu