Rusiya və Ukraynadan gözlənilən köç dalğası: Qapıları bağlayaq, yoxsa hazırlıq görək?

Rusiya və Ukraynadan gözlənilən köç dalğası:
Rusiya və Ukrayna ən çox həmyerlimizin yaşadığı ölkələr sırasındadır. Rusiyada daha çox vətəndaşlıq alan azərbaycanlılar və əmək miqrantları var. Hazırda bu iki ölkədə gedən müharibə, xüsusilə Rusiyaya qarşı sanksiyalar, müharibə xərclərinin artması səbəbindən iqtisadiyyatın zəifləməsi orada yaşayan həmyerlilərimizə də təsirsiz ötüşmür. Sirr deyil ki, Rusiya iqtisadi böhranı gücləndikcə həmvətənlərimiz Azərbaycana qayıtmağa can atacaq. Bəs görəsən, hökumət belə bir köç gözləyirmi, buna hazırlıq necə aparılmalıdır? Onların üzünə qapıları bağlamaqla problemdən yayınmaq, yoxsa hansısa proqramlar hazırlamaq lazımdır?

Mövzu ilə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Azərbaycana əlavə işçi qüvvəsi , bacarıqlı iş adamları lazımdır və bu mənada Rusiyada yaşayan həmyerlilərimizin ölkəmizə qayıtmasını da təşkil etmək olar : "Mənə elə gəlir ki, bu gün Azərbaycanın əsas problemlərindən biri əhalinin məhsuldar qüvvəsinin böyük bir hissəsinin ölkədən xaricdə olmasıdır. Xüsusən, Qarabağ işğal olunandan sonra bu proses intensiv xarakter almışdı. Artıq biz Qarabağı işğaldan azad etmişik, Qarabağın məskunlaşması, yenidən bərpası üçün bizə əlavə işçi qüvvəsi lazımdır. Bacarıqlı iş adamları lazımdır. Bu baxımdan Rusiyadakı azəbaycanlılar çox nəhəng bir potensial təşkil edir".
S.Cəlaloğlunun fikrincə, Azərbaycan hökuməti plana uyğun şəkildə Rusiyada yaşayan azərbaycanlıların vətənə qayıtması ilə bağlı proqram işləyib həyata keçirməlidir: "Xüsusən, Qarabağın dirçəlməsi, bərpası və Qarabağın müdafiəsi məsələlərində bu elektoratdan istifadə edilməlidir. Hər bir dövlət öz vətəndaşlarını qorumalı və saxlamağı bacarmalıdır. Onların Rusiyanın avanturist siyasətinin qurbanı olmasına imkan verməməliyik".
Deputat Fazil Mustafa isə Sitat.info-nun sualına cavab olaraq bildirib ki, son vaxtlar həm Rusiyadan, həm də Ukraynadan fərdi qaydada vətənə qayıdan xeyli insan var: " Amma Azərbaycana bir köç dalğası da gözlənilə bilər. Hər halda bütün proseslərə hazır olmalıyıq. Xeyli azərbaycanlılar Ukraynadan Avropaya üz tutdular. İndi müharibənin maştabı genişləndikcə, belə bir hallar arta bilər. Bu bizim üçün müəyyən təhlükələr yaratsa da, bütünlüklə soydaşlarımızın taleyinə biganə ola bilmərik. Ona görə də əlimizdən gələni etməliyik, ki onların rahatlığı təmin edək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...