Ermənistan ordusu Qarabağı tərk edir – Tələbə adı ilə Laçın postundan keçirlər /FOTO

Ermənistan ordusu Qarabağı tərk edir –
Ermənistanın Qarabağda olan qeyri-qanuni hərbi birləşmələrinin əsgərləri tələbə adı ilə kütəlvi şəkildə Xankəndini tərk edir.

Azpost.info bildirir ki, bu barədə Haqqın.az saytı məlumat yayıb.

Səhər tezdən Laçın sərhəd-buraxılış postundan Qızıl Xaç Komitəsinin müşayiətçilərinin əhatəsində olan bu gənclər Azərbaycan sərhədçilərinin diqqətini çəkib. Onlar Azərbaycan sərhədçilərinə tələbə olduqlarını və İrəvan Dövlət Universitetinə dərsə tələsdiklərini iddia ediblər.

İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin həmyerlilərini – Dilican rayonundan olanları xilas etmək tapşırığını verib. Məlumatı Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları təsdiqləyir.

Göründüyü kimi, Azərbaycan ordusunun təzyiqi və Bakı hakimiyyətinin sərt, barışmaz mövqeyi ilə İrəvan 2020-ci il müharibəsindən əvvəl göndərilmiş peşəkar döyüşçüləri geri çəkmək üçün özü üçün çətin qərar qəbul edib.

Azərbaycan hakimiyyətinin və xüsusi xidmət orqanlarının buna necə reaksiya verəcəyi barədə düşünmək qalır. Amma Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyat-axtarış fəaliyyətinin ən yüksək səviyyədə olduğunu nəzərə alsaq, həqiqət yaxın gələcəkdə üzə çıxacaq. Saxta tələbələrin kimliyi açıq sirr olaraq qalmayacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...