“Get Nikola de ki, Qarabağı necə satıbsa, elə də qorusun” - Erməni komandir

“Get Nikola de ki, Qarabağı necə satıbsa, elə də qorusun” -
Ermənistanın bəzi KİV-ləri Qarabağda “Kyox” ləqəbi ilə tanınan erməni komandir Karen Cavadyanın Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yayıb.


Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin əməkdaşı bu xəbərlərə aydınlıq gətirməsi üçün Karen Cavadyanı axtarıb taparaq onunla əlaqə saxlayıb.

K.Cavadyan erməni jurnalistə kobud cavab verib: “Get Nikola de ki, Qarabağı necə satıbsa, elə də qorusun”.


Jurnalistin ondan hərbçi kimi hansı addımları atacağını, bu söz-söhbətlərin doğru olub-olmasığını soruşması Cavadyanı daha da hiddətləndidib:

“Erməni xalqına Qarabağ lazım deyilmiş, bu qədər”.

K.Cavadyan Ermənistyanın keçmiş prezientlərinin davranışlarına da hirsləndiyini biruzə verib:


“İstəyirsən get Nikola de, Köçəryana de, Satrkisyana de… Kimin günahkar olduğunu bilmirəm, mən hərbçiyəm, işimi görmüşəm”.

Karen Cavadyan əsəbi halda bu qısa söhbətdən sonra jurnalistdən daha sual verməməyi tələb edərək telefonu qapadıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...