“Atam zəng vurmuşdu, dedi darıxır…” — Ruben Vardanyanın oğlu

“Atam zəng vurmuşdu, dedi darıxır…” —
“Dünən və ötən həftənin çərşənbə axşamı atam anama zəng vurub. Atam dedi ki, vəziyyəti və saxlandığı şərait normaldır. Dedi ki, darıxır”.

Azpost.info bildirir ki, bu sözləri Qarabağdakı darmadağın edilmiş separatçı rejimin sabiq başçılarından olan Ruben Vardanyanın oğlu David Vardanyan NEWS.am-a müsahibəsində bildirib.

Xatırladaq ki, milyarder Ruben Vardanyan Laçın yolunda həbs edilib və Azərbaycana gətirilib.

Onun sözlərinə görə, Benəlxalq Qırmızı Xaçın nümayəndələri anasına müraciət edib.

D.Vardanyan bildirib ki, atası üçün vəkil tutublar. “QHT-lər, tanışlar vasitəsi ilə yerli vəkillə əlaqə saxladıq. Həmin vəkil hazırda Azərbaycanda bizim maraqları təmsil edir”.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...