Acunun 490 manatlıq bilet tələbi və muğam ustadının 50 manatlıq istəyi...

Acunun 490 manatlıq bilet tələbi və muğam ustadının 50 manatlıq istəyi...

Aylardır ölkə mətbuatında Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalının Bakıya səfəri ilə bağlı məlumatlar dərc olunurdu. Oktyabrın 22-si Bakıda görüşü planlaşdırılan aparıcının biletləri qiyməti isə 40-490 manata təklif olunurdu. Azərbaycan musiqisinin beşiyi sayılan muğam sənətinin ifaçılarının konsert biletləri isə tamaşaçıya 11-16 manat arasında təklif olunur.

Muğam ifaçılarının konsert biletlərinin ucuz olmasının səbəbləri nədir?

Xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında bunun səbəbini jurnalistlərdə gördüyünü vurğulayıb:

"Bunun səbəbkarı siz jurnalistlərsiniz. Çünki muğam ifaçılarını yaxşı təbliğ etmirsiniz. Fikrimi necə ifadə edim ki, kobud alınmasın? Muğam oxuyanlar da səhnədə soyunsalar, biletləri baha qiymətə satılar".

Xatırladaq ki, noyabr ayının 23-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda bir neçə muğam ifaçılarının -Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Zeynalov, İlkin Əhmədov, Gülüstan Əliyeva, Səbuhi İbayev, xanəndələr Rəvanə Əmiraslanli, Mirəli Sarizadə, Fuad Əzizzadə, Xəyal Hüseynov və başqalarının iştirak edəcəyi konsertin biletləri 11 manata təklif olunur.

Bu məsələ ilə bağlı suala cavab verən xanəndə bildirib ki, bu rüsvayçılıqdı:

"Heç olmasa biletin qiymətini 12 manat edəydilər də. Mən heç vaxt bileti 11 manata konsert vermərəm. 50 manat olsa, yenə də razı olmaq olardı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...